Arda Madrid derbisində meydana çıxa bilər

“Real”ın yarımmüdafiəçisi Arda Gülər İspaniya superkubokunun yarımfinalında “Atletiko” ilə oyun üçün iştirak ərizəsində yer alıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti şans versə, türkiyəli futbolçu sözügedən matçda meydana çıxa biləcək. 

Madrid derbisi yanvarın 10-da, Səudiyyə Ərəbistanının “Al-Avval” stadionunda keçiriləcək. Görüş saat 23:00-da başlayacaq.

Digər yarımfinal oyununda “Barselona” “Osasuna” ilə qarşılaşacaq. Final qarşılaşması isə yanvarın 14-də olacaq.

Arda “Real”da yanvarın 7-də keçirilən İspaniya kubokunun 1/16 finalında, “Arandina” ilə oyunda debüt edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button