“Ümid edirəm ki, bu qoldan sonra hər şey daha yaxşı olacaq” – Arda Gülər

Türkiyəli futbolçu Arda Gülər “Real”ın heyətində vurduğu ilk qolu dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu çətin dönəmdən keçdiyini bildirib. Türkiyə millisinin üzvü karyerası barədə də fikirlər səsləndirib:

“Real”ın heyətində çıxış etdiyim üçün xoşbəxtəm. Qol vurmağım məni sevindirir. Hazırda dünyanın ən yaxşı komandasında çıxış edirəm. Baxmayaraq ki, çətin dönəmdən keçirəm. İnanıram ki, sahib olduğum keyfiyyət və xarakter sayəsində bu çətinlikləri aşacam. Bu mövsüm mənim üçün çox ağır oldu. Belə bir qol vurmağım əsl motivasiyadır. Ümid edirəm ki, bu qoldan sonra hər şey daha yaxşı olacaq”.

İspaniya çempionatının 28-ci turunda keçirilən “Real” – “Selta” matçı “kral klubu”nun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button