“Araz-Naxçıvan”ın ev oyunlarını harada keçirəcəyi bilindi

Premyer Liqanın debütantı “Araz-Naxçıvan”ın ev oyunlarını keçirəcəyi stadionun adı məlum olub.

Komanda.az kluba istinadən xəbər verir ki, komanda rəqiblərini oktyabr ayına qədər müvəqqəti olaraq Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.

Buna səbəb Naxçıvan stadionunda aparılacaq təmir işləridir.

2011-ci ildə istifadəyə verilən arenanın tutumu 6700 nəfərlik, meydançanın örtüyü isə təbiidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button