
Şahin Diniyev “Araz-Naxçıvan”a təşəkkür etdi
Son illərdə əsasən Türkiyənin 1-ci liqa təmsilçilərində forma geyinən Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev 2025/26 mövsümünü “Araz-Naxçıvan”da keçirdi. Mövsümün sonunda Naxçıvan təmsilçisi ilə müqaviləsinin müddəti başa çatan Diniyev klubla yollarını ayırdı.
Coşqunun karyerasını bundan sonra hansı klubda davam etdirəcəyi barədə futbolçunun atası Şahin Diniyevdən soruşduq. Azərbaycan millisinin sabiq baş məşqçisinin Komanda.az-a açıqlaması belə oldu:
“Çempionat başa çatıb. “Araz-Naxçıvan” bir çox futbolçularla vidalaşdı. Coşqunun mövsümü orada keçirməsinə imkan verdiyi üçün “Araz-Naxçıvan”a təşəkkür edirəm. Coşqun hazırda istirahətdədir. Düşünürəm ki, istirahətdən qayıtdıqdan sonra hansısa təklifləri olacaq”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



