“Araz-Naxçıvan”da braziliyalı qapıçı – Rəsmi

Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb.

Komanda.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Braziliyalı qapıçı Artur Auqusto Da Silva 2026/2027 mövsümünü komandanın heyətində keçirəcək. 27 yaşlı qolkiperlə anlaşmanın müddəti 1 ildir.

O, karyerası ərzində Braziliyanın “Desportivo Braziliya”, Portuqaliyanın “Oliveyrense” və “Feyrense” klublarının qapısını qoruyub. Artur Auqusto Da Silva ölkəmizə gəlməmişdən əvvəl İndoneziyanın “Semen Padanq” komandasında çıxış edib.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button