“Araz-Naxçıvan”da bosniyalı qapıçı – Rəsmi

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” heyətini yeni qapıçı ilə gücləndirib.

Komanda.az kluba istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi bir müddətdir baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən bosniya və herseqovinalı Semir Bukviçlə anlaşıb.

32 yaşlı qolkiperlə 1 mövsümlük müqavilə imzalanıb.

Semir Bukviç son olaraq ölkəsində “Sloboda Tuzla”nın formasını geyinib. Klub daha əvvəl legionerlərdən portuqaliyalı Nuno Migel və braziliyalı Vandersonla 1 illik sözləşmə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button