“Araz-Naxçıvan” xorvatiyalı müdafiəçi ilə anlaşdı – Rəsmi

“Araz-Naxçıvan” xorvatiyalı müdafiəçi Luka Dumançiçlə anlaşıb.

Bu barədə Komanda.az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.

27 yaşlı futbolçu ilə anlaşmanın müddəti 1 illikdir.

Karyerası ərzində “Albalonqa”, “Leççe”, “Stabya”, “Qozanno”, “Lukkeze”, “İnter” (Zapreviç), “Rudeş”, “Solin”, “Nafta 1903”, “Jalqiris” klublarında çıxış edən mərkəz müdafiəçisi son beş ayda İndoneziyanın “Persis” komandasının formasını geyinib. O, 2016-cı ildə Xorvatiyanın U-19 komandasında 1 oyun keçirib.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button