“Araz-Naxçıvan” və “Turan Tovuz”un legionerlərinə milli dəvət

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram və “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi Moldova millisinə dəvət olunublar.

Komanda.az xəbər verir ki, onlar milli komandanın oktyabrın 12-də İsveçlə keçirəcəyi yoldaşlıq, 3 gün sonra AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Polşa ilə baş tutacaq matçda formasını geyinəcəklər.

Avram oktyabrın 8-də vətəninə yola düşəcək. Denisin ölkəsinə nə vaxt qayıdacağı dəqiq bilinmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button