Araz Abdullayevin komandası evdə uduzdu

Futbol üzrə Kipr çempionatında 15-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Doxa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Araz da bu görüşün iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 82-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Etnikos” 15 turdan sonra 8 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button