
Arauxo qayıdır
“Barselona”nın müdafiəçisi Ronald Arauxo yaxın zamanda heyətə qayıda bilər.
Komanda.az AS-a istinadən xəbər verir ki, Kataloniya klubunun aparıcı futbolçularından olan Arauxo son oyunlarda psixoloji problemlər səbəbindən “Barsa”nın matçlarında iştirak etməyib.
Uruqvaylı müdafiəçi Milad bayramından sonra məşqləri bərpa edəcək. Hansısa yeni problem ortaya çıxmasa, Arauxo “Barselona”nın heyətində “Espanyol”a qarşı keçiriləcək oyunda iştirak edə bilər. Kataloniya derbisi yanvarın 3-də baş tutacaq.
Arauxo 2025/26 mövsümündə 15 oyunda meydana çıxıb və 2 qol vurub. O, UEFA Çempionlar Liqasının 5-ci turunda səfərdə “Çelsi” (0:3) ilə qarşılaşmada aldığı qırmızı vərəqədən sonra psixoloji problemlər yaşamış və bir müddət yaşıl meydanlardan kənar qalmışdı.
Bizi Facebook-da izləyin



