“Real” üzərində dörd xallıq üstünlüyümüz olsa da…”

“Barselona”nın müdafiəçisi Ronald Arauxo komandasının La Liqadakı vəziyyəti barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu, komandasının UEFA Çempionlar Liqasında və La Liqadakı oyunlara hazır olduğunu bildirib:

“Bəli, La Liqada “Real” üzərində dörd xallıq üstünlüyümüz olsa da, mövsümün sonuna hələ çox var. Düzgün ruh halını və istəyi saxlamaq lazımdır. Çempionlar Liqasında da oyunlarımız olacaq, amma biz buna hazırıq”.

“Barselona” İspaniya kubokunun yarımfinalının cavab matçında “Atletiko”ya 3:0 hesabı ilə qalib gəlsə də, iki oyunun nəticəsinə əsasən (3:4) turnirdən kənarda qalıb. La Liqada isə komanda 26 turdan sonra turnir cədvəlinə başçılıq edir və “Real”ı 4 xalla qabaqlayır.

Hans-Diter Flikin komandası növbəti oyunda, martın 7-də “Atletik”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button