Arauxo derbini buraxacaq

“Barselona” “Espanyol”la derbi matçında müdafiəçisi Ronald Arauxonun xidmətindən yararlana bilməyəcək.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, uruqvaylı futbolçu artıq bu gün komanda ilə məşqlərə qayıdacaq, ancaq onun derbidə meydana çıxması gözlənilmir.

26 yaşlı müdafiəçinin “Barsa”nın heyətində növbəti oyunlara nə vaxt hazır olacağı hələlik dəqiq bilinmir. Qərarın futbolçunun özü tərəfindən veriləcəyi bildirilir.

Arauxo noyabrda UEFA Çempionlar Liqasında “Çelsi”yə qarşı keçirilən və “Barselona”nın 0:3 hesablı məğlubiyyəti ilə başa çatan oyundan sonra psixoloji çətinliklərlə üzləşmişdi. Həmin matçda ilk hissədə qırmızı vərəqə alan müdafiəçiyə klub tərəfindən istirahət verilib ki, sakit şəraitdə bərpa olunsun.

“Espanyol” – “Barselona” matçı yanvarın 3-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button