Həmin forma hərraca çıxarıldı

“Mançester Siti”nin keçmiş futbolçusu Serxio Aqueronun forması hərraca çıxarılıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “Hansons Auctioneers”in gerçəkləşdirdiyi hərracın başlanğıc qiyməti 20 min funt sterlinqdir.

Əldə edilən gəlirin bir hissəsi xeyriyyə təşkilatlarına bağışlanacaq.

Sözügedən forma Aqueronun 2012-ci ildə, KPR-lə görüşdə qələbə qolunu vurarkən geyindiyidir. “Hansons Auctioneers”in sözçüsü Devid Uilson-Ternar sabiq hücumçunun klubun tarixindəki ən vacib qoluna imza atdığını söyləyib.

2011-2021-ci illərdə “Mançester Siti”də çıxış edən keçmiş hücumçu, 2012-ci ildə, Premyer Liqanın sonuncu turunda komandasına qələbə qazandıran qola imza atıb və “şəhərlilər” 44 ildən sonra ölkə çempionu olub.

Aquero 2021-ci ilin sonunda, səhhətindəki problemlərə görə karyerasını bitirib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button