“Haland Almaniyaya çox öyrəşib” – Aquero

“Mançester Siti”nin keçmiş futbolçusu Serxio Aquero norveçli hücumçu Erlinq Halandın komandadakı debütü haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Aquero, Halandın Almaniyaya öyrəşdiyini deyib:

“Haland Almaniyaya çox öyrəşib. O, “Mançester Siti”yə gələndə tək qalacağını düşündü. Lakin sonra Vircil van Dayk (“Liverpul”un müdafiəçisi – red.) ona “Premyer Liqaya xoş gəlmisiz” dedi.

22 yaşlı Haland İngiltərə superkuboku uğrunda “Liverpul”la oyunda (1:3) “şəhərlilər”in start heyətində yer alsa da, qol vura bilməyib.

Haland 2022-ci il iyulun 1-də Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçib. Onun klubla müqaviləsi 2027-ci il iyunun 30-na kimidir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button