“Biz “Real” və ya “Barselona” deyilik” – APOEL-in baş məşqçisi

APOEL-in baş məşqçisi Tomas Doll Kipr çempionatının 7-ci turunda “Nea Salamina”nı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 3:0 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:

“Çətin oyun olacağını bilirdik. Qol imkanlarımız çox olmadı. Oyunun sürəti zəif olduğu üçün epizodlar yarada bilmədik. Fasilədə uşaqlarla danışdıq. İkinci hissə isə daha yaxşı alındı. Bəzən top itirsək də, risk etdik.

Üç cavabsız qolla qələbə qazanmaq əla nəticədir. “Qarabağ”la ağır səfər oyunundan sonra çətin bir qalibiyyət oldu. Qələbə üçün sevinirəm, addım-addım inkişaf edəcəyik. Nə edəcəyimizi bilirəm.

Biz “Real” və ya “Barselona” deyilik. Bütün oyunlarda 3:0, 4:0 hesabıyla qalib gələ bilməzsiz. Çünki bu, asan deyil. İki aylıq fasilədə çoxlu problemlərimiz və zədəlilərimiz oldu. Bizə vaxt verin, mən bu futbolçulara inanıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button