APOEL “Qarabağ”la oyuna bu “11-lik”lə çıxacaq

APOEL Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”ı qəbul edəcək.

Komanda.az xəbər verir ki, Nikosiya təmsilçisinin “köhlən atlar”a qarşı hansı heyətlə meydana çıxacağı məlum olub. Bu barədə Kipr mətbuatı məlumat yayıb. APOEL-in baş məşqçisi Tomas Doll, Bakıda “Qarabağ”la qollu bərabərə qaldıqları oyundakı (2:2) heyətdə bir neçə dəyişiklik edəcək.

İlk oyunda ehtiyat oyunçular skamyasında yer alan və sonradan meydana daxil olan Roman Bezyak və Bakıdakı görüşdə iştirak etməyən Musa əl-Tamari bu gün start heyətdə olacaq.

Bu gün keçiriləcək APOEL – “Qarabağ” oyunu saat 21:55-də start götürəcək.

APOEL-in təxmini 11-liyi: Vid Belets, Praksitelis Vuros, Giorqos Merkis, Nikolas Yannu, Draqan Mixayloviç, Savvas Gentsoğlu, Lukas Souza, Uroş Matiç, Musa əl-Tamari, Andria Pavloviç, Roman Bezyak.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button