
Anridən keçmiş komandasına məsləhət: “Mançester Siti”yə baxmayın”
“Arsenal”ın sabiq hücumçusu Tyerri Anri İngiltərə Premyer Liqasında çempionluq yarışı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu vəziyyətin artıq dəyişdiyini hesab edir:
“İndi hər şey yenidən “Arsenal”ın əlindədir, artıq “Mançester Siti”nin yox. “Şəhərlilər”in “Everton”la matçda xal itirəcəyini təsəvvür edə bilirdim. Amma “Arsenal”ın “Vest Hem”lə oyunu məni narahat edir. Çempionluğu tez qeyd etmək istəmirəm, çünki titul hələ qazanılmayıb.
“Mançester Siti”də müəyyən gərginlik gördüm – səhvlər etdilər və “Everton”u oyuna qaytardılar. “Arsenal” görür ki, rəqib xal itirdi, amma “bəlkə” düşünmək olmaz. Burada “bəlkə” yoxdur. Öz oyunlarınızı qazanın və “Mançester Siti”yə baxmayın. Hər şey sizin əlinizdədir”.
Mikel Artetanın rəhbərlik etdiyi London təmsilçisi hazırda 35 oyundan sonra 76 xalla turnir cədvəlinə başçılıq edir. Onların ən yaxın izləyicisi “Mançester Siti” isə son turda “Everton”la 3:3 hesablı heç-heçədən sonra 34 oyunda 71 xal toplayıb.
Bizi Facebook-da izləyin



