Anri “Bayern”i təriflədi

Fransa millisinin və “Arsenal”ın sabiq futbolçusu Tyerri Anri, “Bayern”in idarəetmə fəlsəfəsi və futbol siyasəti ilə bağlı yüksək fikirlər səsləndirib.

Fransalı sabiq hücumçu bildirib ki, “Bayern”in uğurunun əsas səbəblərindən biri klubun sabit idarəetmə sistemi və aydın futbol kimliyinə sadiqliyidir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Anri, Münhen təmsilçisinin transferlərdə yalnız məşhur adlara yox, klubun oyun üslubuna uyğun futbolçulara üstünlük verdiyini söyləyib:

“Bayern”də hər bir qərar klubun identitetinə (özünəməxsus) uyğun verilir. Bu yanaşma isə uzunmüddətli sabitlik yaradır”.

“Bayern” 2025/26 mövsümündə Almaniyada trebl edərək, Bundesliqa, kubok və superkubokun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button