Pirlo: “İtaliya futbolu hazırda çox uduzur”

İtaliyalı mütəxəssis Andrea Pirlo ölkə futbolunun hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İtaliya futbolunun hazırda Avropanın ən güclü liqaları ilə rəqabət aparmaqda çətinlik çəkdiyini bildirib:

“İtaliya futbolu hazırda çox uduzur. İtaliya klublarından daha yaxşı olan bir çox klub var. Bu, kədərlidir, amma biz bunu qəbul etməli və yenidən başlamağa çalışmalıyıq”.

İtaliya millisi sonuncu dəfə 2014-cü ildə dünya çempionatının final mərhələsində iştirak edib. Həmçinin, sonuncu dəfə bir İtaliya klubu UEFA Çempionlar Liqasının qalibi adını 2010-cu ildə qazanıb. Həmin vaxt “İnter” turnirin qalibi olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button