
Andre Silva İspaniya klubunu “Portu”ya dəyişdi
Portuqaliyanın “Portu” klubu hücumçu Andre Silva ilə müqavilə imzalayıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu komandaya azad agent kimi keçib.
Yeni müqavilənin müddəti barədə məlumat verilmir.
Hücumçunun “Elçe” (İspaniya) ilə müqaviləsinin müddəti 2025/2026 mövsümünün sonunda başa çatıb. O, İspaniya çempionatında 31 matçda meydanda olub və 10 qol vurub.
Silva “Portu”nun yetirməsidir. O, bu komandada 58 oyun keçirib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



