“Anderlext”in hücumçusu Super Liqa klubunda

Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Belçikanın “Anderlext” klubunun hücumçusu İsaak Kise Telini heyətinə qatıb.

Bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı forvard mövsümün sonuna qədər icarəyə götürülüb.

Konqo əsilli isveçli futbolçu 2017-ci ildən “Anderlext”də çıxış edir. O, daha öncə İsveçdə “Karlslund”, “Norçöpinq”, “Malmö” və “Bordo” klublarının uğurları üçün çalışıb. “Anderlext” ötən illərdə onu “Vasland Beveren”, “Bayer” və “Malmö”yə də icarəyə verib. Telin İsveç yığmasında da 29 oyun keçirib, 3 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button