Ançelottinin qərarı “Barselona”nın işini asanlaşdırdı

“Çelsi”nin hücumçusu Joao Pedro “Barselona”ya keçə bilər. Daha əvvəl yayılan xəbərlərə görə, kataloniyalılar maliyyə baxımından nisbətən sərfəli olduğu üçün “Atletiko”nun forvardı Xulian Alvaresin əvəzinə məhz Pedronun transferini prioritet hesab edirlər.

Braziliya millisinin baş məşqçisi Karlo Ancelotti 2026-cı il dünya çempionatı üçün Joao Pedronu yığmaya dəvət etməmək qərarı verib. Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, bu vəziyyət braziliyalı futbolçunun transfer prosesini asanlaşdıra bilər.

“Çelsi” rəhbərliyi ümid edirdi ki, Pedro mundialda iştirak edərək dəyərini daha da artıracaq. Ancaq Ançelottinin qərarından sonra bu plan pozulub və vəziyyət dəyişib.

24 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 49 oyuna çıxaraq, 20 qol vurub və 9 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button