
Ançelotti zədələnən futbolçu haqda: “Ciddi bir şey yoxdur”
“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 27-ci turunda “Rayo Valyekano” ilə oyunun sonunda (2:1) zədələnən yarımmüdafiəçi Çud Bellingemin durumundan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bellingemin ayağında qançır yaranıb, ciddi bir şey yoxdur”.
Bellingem matçın 86-cı dəqiqəsində əvəzlənib və ayağına buz bağlayaraq oyunu izləyib. 21 yaşlı ingiltərəli futbolçu bu mövsüm bütün turnirlərdə 36 matçda 11 qol vurub və 11 məhsuldar ötürmə edib.
“Real” martın 12-də, Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko” ilə cavab oyunu keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



