Amorimin “Milan”da görmək istədiyi futbolçu

“Milan”ın yeni baş məşqçisi Ruben Amorim “Mançester Yunayted”in müdafiəçisi Nussair Mazrauini komandasında görmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, poruqaliyalı mütəxəssis mərakeşli futbolçunun oyununu yüksək qiymətləndirir.

“Mançester Yunayted” 27 yaşlı müdafiəçini 20 milyon avroya dəyərləndirir. Bu səbəbdən, tərəflər arasında danışıqların asan keçməyəcəyi gözlənilir. “Milan”ın transfer qiymətini aşağı salmağa çalışacağı bildirilir.

“Milan” ötən mövsümü İtaliya A Seriyasında turnir cədvəlinin 5-ci pilləsində başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button