Amorim sabiq futbolçulardan kömək gözləyir

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın inkişafına töhfə vermək üçün klubun sabiq futbolçularını prosesə cəlb etmək istəyir.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçularla işləmək üçün Erik Kantona, Devid Bekhem, Pol Skoulz, Teddi Şerinqem, Endi Koul və Duayt York kimi keçmiş oyunçuların dəstəyinə ümid edir.

Amorimin bu addımının səbəbi sadədir. O, keçmiş futbolçuların təcrübə və biliklərini birbaşa komandaya ötürməsinin gücünə inanır. Mütəxəssis hələ əvvəlki klublarında da veteranların komanda ilə ünsiyyətini yüksək qiymətləndirib və bu metodun oyunçulara müsbət təsir göstərdiyini düşünür.

“Mançester Yunayted” hazırda Premyer Liqada 11 turdan sonra 18 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button