Premyer Liqa klubu “Sportinq”in baş məşqçisini istəyir

“Sportinq”in baş məşqçisi Ruben Amorim karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı portuqaliyalı mütəxəssislə “Vulverhempton” maraqlanır. Onlar Amorim üçün “Sportinq”ə 22,5 milyon avro ödəməli olacaq.

“Vulverhempton” klubu bu gün uğursuz nəticələrə görə baş məşqçi Bruno Lageni istefaya göndərdiyini açıqlayıb.

Komanda İngiltərə Premyer Liqasının 8 turundan sonra 6 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Yeganə qələbə “Sauthempton” üzərində olub (1:0).

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button