
“Azarkeşlər həmişə Premyer Liqanı və Çempionlar Liqasını qazanacağımıza inanırlar”
“Mançester Yunayted”in futbolçusu Dioqo Dalot azarkeşlərin gözləntiləri və komandanın gələcək hədəfləri barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi azarkeşlərin hər zaman komandadan ən yüksək nəticələri gözlədiyini söyləyib:
“Hər mövsümdən əvvəl “Mançester Yunayted” azarkeşləri Premyer Liqanı və UEFA Çempionlar Liqasını qazanacağımıza inanırlar. Klubumuzda ən çox bəyəndiyim məqam da budur. Keçən mövsüm nə baş verdiyinin fərqi yoxdur. Ötən il 15-ci yeri tutduq, indi isə üçüncüyük. Gələn il Premyer Liqanı və ya Çempionlar Liqasını qazanmayacağımızı dəqiq demək mümkün deyil. Bilirəm ki, azarkeşlər buna inanırlar. Emosiyalarımızı idarə etməyimiz vacibdir, amma iddialarımızdan heç vaxt əl çəkməməliyik”.
“Mançester Yunayted” 2025/26 mövsümünü İngiltərə Premyer Liqasında 3-cü pillədə başa vuraraq, UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin



