
ÇL: “Alyanz Arena”da qalib gəlmək böyük bir sınaqdır”
“Real”ın sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold ilk oyunda evdə məğlub olduqları “Bayern”ə qarşı cavab matçı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu bunu söyləyib:
“Alyanz Arena”da qalib gəlmək böyük bir sınaqdır. Amma məqsədimiz turniri qazanmaqdır. Ona görə də, səfərdən qələbə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.
“Real” ilk oyunda evdə “Bayern”ə 1:2 hesabıyla məğlub olub. Komandalar arasında cavab oyunu 15 apreldə, Münhendə olacaq. Bu cütün qalibi yarımfinalda ya “Liverpul”, ya da PSJ ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



