Ölkədən çıxışı qadağan edilib, həftədə bir dəfə məhkəməyə getmək əmri alıb

Bir milyon avro girov qarşılığında həbsdən çıxan Dani Alveş martın 28-də məhkəməyə gəlib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 40 yaşlı Alveşə Braziliya və İspaniya pasportlarını təhvil vermək və həftədə bir dəfə məhkəməyə gəlmək əmri verilib.

Hazırda keçmiş futbolçu Barselona ətrafındakı qəsəbədəki evində yaşayır. Onun ölkədən çıxışı qadağandır.

Fevralın 22-də Barselona məhkəməsi 2022-ci ildə gecə klubunda bir qıza təcavüz edən Alveşi 4,5 il müddətinə azadlıqdan məhrum etmişdi. Bundan əlavə, o, zərərçəkmişə mənəvi təzminat şəklində 150 ​​min avro ödəməyə məcbur edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button