
Alvares qərarını dəyişmək fikrində deyil
“Atletiko”nun hücumçusu Xulian Alvares uzun müddətdir komandadan ayrılmağı planlaşdırır.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu hələ bu ilin fevralında klub rəhbərliyinə yaxın gələcəkdə komandasını dəyişmək istədiyini bildirib. Yaxınlarda isə Alvares bu yay “Atletiko”dan ayrılmaq niyyətini ictimai şəkildə də açıqlayıb.
Madrid təmsilçisi argentinalı futbolçunun “Barselona”ya keçməsinin qarşısını almaq üçün onu “Arsenal” və ya PSJ-yə satmağa hazırdır. Ancaq Alvares hər iki klubun təklifini rədd edib. Bildirilir ki, hücumçu yalnız “Barselona”ya transfer olunmaq istəyir və bu qərarını dəyişməsi gözlənilmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



