
“Alvares olmaq istədiyi səviyyədə deyil”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone hücumçu Xulian Alvaresin oyunu ilə bağlı fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçunun son vaxtlar bu mövsümün ilk aylarında olduğu qədər oyununa görə tərif almamasının səbəbini açıqlayıb:
“Düşünmürəm ki, Alvares zəif performans göstərir və ya istəksiz oynayır. O, sadəcə olmaq istədiyi səviyyədə deyil”.
25 yaşlı forvard bu La Liqa mövsümündə Madrid klubunun heyətində 17 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



