Alonso onu “Çelsi”də görmək istəyir

“Çelsi” heyətini “Yuventus”un müdafiəçisi Andrea Kambiaso ilə gücləndirməyə hazırlaşır.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, London klubunun yeni baş məşqçisi Xabi Alonso 25 yaşlı futbolçunun transferində şəxsən maraqlıdır və onu “Stemford Bric”də (“Çelsi”nin ev oyunlarını keçirdiyi stadion) görmək istəyir.

Hazırda Kambiasonun bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir. Onun “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

İtaliyalı müdafiəçi ötən mövsüm Turin təmsilçisinin heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button