
“Qarabağ”ın rəqibi Xabi Alonso ilə danışıqlar aparıb
Bu yaxınlarda “Real”ın baş məşqçisi vəzifəsindən ayrılan ispaniyalı mütəxəssis Xabi Alonso Almaniya Bundesliqasına qayıda bilər.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, “Ayntraxt” (Frankfurt) rəhbərliyi onunla müqavilə imzalamaqda maraqlıdır. Klubun idman direktoru Mattias Kröşe Alonso ilə danışıqlar aparıb.
44 yaşlı mütəxəssis Almaniya Bundesliqası təcrübəsinə malikdir. O, 2022-2025-ci illərdə “Bayer”ə (Leverkuzen) rəhbərlik edib.
”Ayntraxt” “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən biridir və komandalar arasında qarşılaşma yanvarın 21-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



