Alonso “Barselona”ya keçməyə yaxındır

“Çelsi”nin müdafiəçisi Markos Alonso “Barselona”ya keçməyə yaxındır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı ispan futbolçu hazırkı klubuna hörmətlə yanaşır, lakin onun üçün prioritet yayda vətəninə qayıtmaqdır.

Daha əvvəl futbolçu ilə “Barselona”nın maraqlandığı bildirilirdi. Kataloniya klubu artıq potensial transferin məbləğini müəyyən etmək üçün “Çelsi” ilə danışıqlara başlayıb.

Markos Alonso “Real”ın yetirməsidir.

O, 2016-cı ilin avqustundan “Çelsi”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button