Almeyda rəsmən “Qarabağ”da!

“Qarabağ” Azərbaycan millisinin və Qazaxıstanın “Astana” klubunun futbolçusu Riçard Almeydanı heyətinə cəlb edib.

Komanda.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, “köhlən atlar” sosial şəbəkədə “Maestro geri döndü” və 29 yaşlı yarımmüdafiəçinin fotosunda “Evinə xoş gəldin, Almeyda” yazıblar.

Müqavilənin detalları haqda rəsmi xəbərin yaxın vaxtlarda veriləcəyi gözlənilir.

Almeyda 2017/18 mövsümünün sonunda “Qarabağ”dan ayrılaraq, “Astana”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button