“Volfsburq” “Qalatasaray”a təklif göndərdi

Almaniyanın “Volfsburq” klubu “Qalatasaray”ın hücumçusu Kərəm Aktürkoğlunu transfer etmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, Bundesliqa təmsilçisinin 23 yaşlı hücumçu üçün İstanbul klubuna rəsmi təklif göndərdiyi bildirilib.

“Qalatasaray” Avropa klublarının hədəfində olan Kərəm üçün azı 15 milyon avro tələb edib. Hücumçunun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Aktürkoğlu bu mövsüm “Qalatasaray”la 32 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button