“Barselona”nın yetirməsi Belçika klubunda

Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Serxio Qomes karyerasını Belçikada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “Anderlext” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qomes “Anderlext”lə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

“Barselona”nın yetirməsi olan Serxio 2018-ci ilin yanvarından “Borussiya”da çıxış edir. Yarımmüdafiəçi son iki mövsümü icarə əsasında İspaniyanın “Hueska” klubunda keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button