Haland zədələndi

Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Erlinq Haland zədələnib.

Komanda.az xəbər verir ki, norveçli hücumçu Bundesliqanın 20-ci turunun “Hoffenhaym”la səfər oyununda sıradan çıxıb. Haland 63-cü dəqiqədə Aksel Vitsellə əvəzlənib.

Haland komandasının “Hoffenhaym”a qalib gəldiyi oyunda (3:2) ilk qolu vurub.