Almaniyada ilin ən yaxşı futbolçusu bəlli oldu

“Bavariya”nın hücumçusu Robert Levandovski Almaniyada 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

Komanda.az xəbər verir ki, Almaniya İdman Jurnalistləri Birliyinin apardığı sorğuda Levandovski 563 səsdən 356-sını toplayıb.

Səsvermədə ikinci yeri Münhen klubunun digər hücumçusu Tomas Müller (41), üçüncü yeri “Borussiya”nın (Dortmund) forvardı Erlinq Haland (38) tutub.

Beləliklə, polşalı futbolçu ardıcıl ikinci dəfə Almaniyada ilin ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, Levandovski ötən mövsüm 40 oyuna çıxıb, 48 qol vurub və 9 qolun ötürməsini verib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button