Milli üzvü Bundesliqada klubunu dəyişdi

Almaniyanın “Leyptsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Almaniya millisinin sol cinah müdafiəçisi David Raumu transfer edib.

“Hoffenhaym”dan transfer olunmuş 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 22 nömrəli formanı geyinəcək. “Leyptsiq” bu transfer üçün qarşı tərəfə 26 milyon avro ödəyib.

David Raum Almaniyanın “Qroyter” klubunun yetirməsidir. O, peşəkar karyerasına da bu komandada başlayıb və 5 mövsüm ərzində 99 oyuna 6 qol vurub. Həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamağı bacaran futbolçu, “Leypsiq”ə 2021-ci ilin yayında qoşulmuşdu. O, geridə qalan mövsümdə bu komanda ilə 35 oyuna çıxıb, 3 qol vurub, 13 məhsuldar ötürmə edib. Raum Almaniya millisində də 9 oyun keçirib.