Almaniya klubu yeni baş məşqçisini açıqladı

Almaniyanın “Köln” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Markus Gisdol çalışdıracaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssis yeni klubu ilə 2020/21 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Gisdol Bundesliqada 2013-2015-ci illər aralığında “Hoffenhaym”ı, 2016-2018-ci illər aralığında “Hamburq”u çalışdırıb.

Bu mövsüm 11 çempionat oyununda 2 qələbə, 1 heç-heçə və 8 məğlubiyyəti olan “Köln” 7 xalla 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb. 9 gün əvvəl bu komandanın baş məşqçi postundan uzaqlaşdırılan Axim Beyerlorzer isə digər elita təmsilçisi “Maynts”ın “sükanı arxasına” keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button