Almaniya klubu “Mançester Siti”nin futbolçusu üçün danışıqlar aparır

“Mançester Siti”nin vingeri Oskar Bobb karyerasını Dortmund “Borussiya”sında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu 22 yaşlı futbolçunun satınalma hüququ ilə icarəyə götürülməsi üçün aktiv danışıqlar aparır. “Arılar” Bobbun tam transferi üçün təxminən 34,5 milyon avro ödəməyə hazırdırlar.

Norveçli futbolçunun vəziyyətini “Tottenhem”, “Bornmut”, “Sevilya”, “Atletiko”, “Nyukasl” və “Kristal Pelas” klubları da yaxından izləyir.

Oskar Bobb cari mövsümdə bütün turnirlərdə 15 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button