Almaniya 13 il idi ÇL-də bu aqibəti yaşamırdı
Almaniya 2006-cı ildən bəri ilk dəfə futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 finalında təmsilçisiz qalıb.
Komanda.az xəbər verir ki, buna “Bavariya”nın İngiltərə “Liverpul”u ilə mübarizədən məğlub ayrılaraq, mübarizəni 1/8 finalda dayandırması səbəb olub.
Almaniya 13 il idi belə aqibətlə üzləşmirdi. Sonuncu dəfə 2006-cı ildə Bundesliqa klublarından 1/4 finala vəsiqə qazanan olmamışdı.
Xatırladaq ki, “böyük beşlik” ölkələrindən Fransa da 1/4 finalda təmsilçisiz qalıb. Əvəzində İngiltərə 2009-cu ildən sonra ilk dəfə bu mərhələdə 4 klubla təmsil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin