“Alleqrinin öyrətməli çox şeyi var” – yeni transfer

“Yuventus”un müdafiəçisi Qleyson Bremer komandanın baş məşqçisi Massimiliano Alleqri haqda danışıb.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, Turin klubunun yeni transferi Alleqrini tərifləyib:

“Alleqri çoxlu kuboklar qazanıb və öyrətməli çox şeyi var. Zehni səviyyədə o, inanılmaz şeylər öyrədir.

Dünya çempionatında iştirak etmək? Ümid sonda ölür. Mən sadəcə oynamaq istəyirəm və bunu yaxşı etməliyəm”.

55 yaşlı Alleqri məşqçilik karyerası ərzində “Spale”, “Sassuolo”, “Kalyari”, “Milan” kimi klublarda çalışıb. O, İtaliyada 6 çempionluq, 4 ölkə kuboku və 3 dəfə superkuboku qazanıb.

25 yaşlı Bremer bu ilin iyulunda “Torino”dan 41 milyon avroya “Yuventus”a keçib.

Bizi Telegramda izləyin