Alleqri qəzəbləndi: “Susun, mən danışacam”

İtaliya A Seriyasının 34-cü turunda “İnter”lə qollu bərabərə qalan “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri, oyundan sonra televiziya şərhçisi ilə mübahisə edib.

Komanda.az xəbər verir ki, “Sky Sports”da şərhçilik edən Daniele Adani, Alleqrinin oyun tərzinin Çempionlar Liqasına uyğun olmadığını bildirib. Canlı yayımda Adaniyə cavab verən Alleqri bunları deyib:

“İtaliyada hər kəs futbol mütəxəssisi olub. Bu, ciddi problemdir. İndi susun, mən danışacam. Futbol haqda heç nə bilmirsiz. Orda masa arxasında əyləşib, kitab oxuyursuz. Ancaq futbol təcrübəsindən bir şey bilmirsiz. Mən 6 çempionluq qazanmışam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button