Alleqrini belə tənqid edən olmamışdı

İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano “Milan”ın baş məşqçisi Massimiliano Alleqrini tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 58 yaşlı mütəxəssisi komandanın İtaliya çempionatı və superkubokdakı uğursuzluqlarında günahlandırıb:

“O, on ildir ki, heç nə qazana bilmir. Onun yeganə istedadı meydançanın kənarında səhnələr yaratmaqdır. Hətta jurnalistlərlə belə, ünsiyyət qura bilmir. Və məni təəccübləndirən odur ki, onlardan heç biri – jurnalistlər – ondan niyə Tyaqo Silvanı (yaxınlarda “Portu”ya keçən braziliyalı müdafiəçi) istəmədiyini soruşmayıblar”.

“Milan” hazırda A Seriyasında turnir cədvəlində ikinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button