
Alleqridən ümidləri doğrultmayan futbolçuya dəstək
Bu ilin avqust ayında “Çelsi”dən “Milan”a keçən hücumçu Kristofer Nkunku indiyə qədər klub azarkeşlərini zəif oyunu ilə məyus edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin baş məşqçi Massimiliano Alleqri hələ də ona inanır:
“Oyunçular həmişə tez uyğunlaşmırlar. Amma məşqlərdə onun potensialını görürəm. Ona inanıram. Çalışmağa davam edəcəyik. İtaliya çempionatı çətindir, meydanda yer azdır və müdafiəçilər kobud oynayırlar. Bura İngiltərə deyil”.
“Milan” hazırda A Seriyasının turnir cədvəlində ikinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



