
Alleqri: “Mən Leaonun oyununun böyük fanatıyam”
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri “Yuventus”a qarşı keçirilən oyundan (0:0) sonra komandanın hücumçusu Rafael Leaonun çıxışını dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun performansından razı qaldığını bildirib:
“Mən Leaonun oyununun böyük fanatıyam. O, “Yuventus”la matçda çox yaxşı çıxış etdi və düşünürəm ki, bu, onun ən yaxşı oyunlarından biri idi. O, partlayış gücünə malik oyunçudur, ondan daim eyni səviyyədə oyun gözləmək çətindir. Bununla belə, müdafiədə komandaya kömək etdi ki, bu da çox vacibdir və mən bundan razıyam”.
“Milan” növbəti oyununu “Sassuolo”ya qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



