“Alleqri heç vaxt şikayət etmir”

Sabiq müdafiəçi Leonardo Bonuççi, “Milan”ın hazırkı baş məşqçisi Massimiliano Alleqri ilə eyni komandada çalışmasından danışıb. O, uzun müddət “Yuventus”un heyətində italiyalı mütəxəssisin rəhbərliyi altında çıxış edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu, Alleqrini çalışdığı digər məşqçilərdən fərqləndirib:

“Mənə müxtəlif yaxşı məşqçilərlə işləmək şansı nəsib olub, onların hər biri mənə bir şey öyrədib. Alleqri intuisiyasında çox yaxşıdır, həm də ona görə ki, heç vaxt şikayət etmir. Bu mənada, o, əsl fenomendir”.

“Milan” hazırda A Seriyasının turnir cədvəlində 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button