“Allah xətrinə, FİFA və UEFA-ya zəng edin”

London “Çelsi”sinin və İtaliya millisinin yarımmüdafiəçisi Jorjinyo milli komandalar səviyyəsində böyük turnirlərin keçirilməsi sistemində ciddi çatışmazlıq olduğunu düşünür.

Komanda.az xəbər verir ki, Jorjinyo Avropa çempionu olan yığmaya mundiala birbaşa vəsiqə verilməməsini ədalətsiz hesab edir:

“Avropa çempionu olmaq və bunun sayəsində mundiala vəsiqə əldə etməmək gülüncdür. Allah xətrinə, FİFA və UEFA-ya zəng edin ki, bu məsələni müzakirə etsinlər.

Bəlkə də, mundiala vəsiqə qazana bilmədiyimiz üçün belə danışdığımı düşünəcəksiz. Amma belə deyil, meydanda özünü öldürürsən, turniri qazanırsan, sonra yenidən vəsiqə qazanmalısan. Bəs Avropa çempionu olmaq nəyə lazımdır? Eləcə Avropanın ən yaxşısı olduğunuzu elan etmək üçün və vəssalam?

Klub futbolunda Avropa Liqasının qalibi Çempionlar Liqasının qrupuna vəsiqə qazanır. Dünya çempionatı bütün turnirlərin zirvəsidir. Amma bu turnirə Avropa, Amerika, Asiya çempionu vəsiqə qazanmaya bilər. Bu, ədalətsizlikdir”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button